Ev Cəmiyyət Bozdağda köməksiz qalanlar xilas edildi

Bozdağda köməksiz qalanlar xilas edildi

94

Mingəçevir şəhəri yaxınlığında – Bozdağ silsiləsi ərazisində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalıb.

911.info.az FHN-ə istinadən xəbər verir ki.qurumun Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Bozdağ silsiləsində dərinliyi təxminən 50 metr olan dərədə üç nəfər vətəndaş köməksiz vəziyyətdə qalaraq həyati təhlükəli vəziyyətə düşüblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xilasetmə vasitələrindən istifadə olunmaqla hər üç vətəndaş dərədən çıxarılaraq xilas ediliblər.

Əvvəlki məqaləBinəqədi  rayonunda  mopedləri oğurlayan  dəstə  üzvləri  tutulub
Növbəti məqalədəFHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxardıb