Bu günə qədər 814 minədək ev təsərrüfatı GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik internetlə təmin olunub.
Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ölkə ərazisində “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyası əsasında sürətli və kəsintisiz fiber-optik şəbəkənin qurulması həyata keçirilir:
“Layihənin əsas məqsədi dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. “Aztelekom” və “Baktelecom” layihə çərçivəsində sürəti 100 Mbit/s-dək internet xidməti təqdim edir”.