Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
Həkim-terapevt;
Həkim-cərrah;
Üz çənə cərrahı;
Həkim-kardioloq;
Həkim-ginekoloq;
Həkim-oftalmoloq;
Həkim-uroloq;
Həkim radioloq;
Həkim-infeksionist;
Həkim-psixiatr;
Həkim-endoskopist;
Həkim-hematoloq;
Həkim-sanepidemioloq;
Dəri-zöhrəvi həkimi;
Funksional diaqnostika kabinetinin həkimi;
Travmatoloq-ortoped;
Ordinator həkim-otolorinqoloq;
Anestezioloq-reanimatoloq;
Feldşer.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
Fiziki cəhətdən sağlam olmalı;
Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.
Əlaqə nömrəsi: (012) 564-16-92
(012) 493-62-47