Ev Dünya FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxardıb

FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxardıb

41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqaləBozdağda köməksiz qalanlar xilas edildi
Növbəti məqalədəDSX həqiqi hərbi xidmətə və işə qəbul elan edir