Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha 4 idmançı həyatını itirib.
911.info.az “Hurriyet”ə istinadən xəbər verir ki, baş vermiş fəlakətdə 4 güləşçinin həyatıni qurtarmaə mümkün olmayıb.
Türkiyə Güləş Federasiyasının yaydığı xəbərdə qeyd olunur ki, dağıntılar altında qalan güləşçilər -Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekiz həyatını itirib.