“2022-ci il üzrə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal yığımların həcmi 21,1 milyard manat təşkil edib”.
Bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O qeyd edib ki, buraya bütün fiskal yığımlar aiddir:
“Bu məbləğ büdcənin ümumi fiskal yığımlarının 78,9%-i həcmində olub. Vergi daxilolmaları ötən il 15,5 milyon manat olub ki, bu da 2021-ci illə müqayisədə 82,2% çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmaları isə 8,1 milyon manat təşkil edib.
Ötən il qeyri-neft və qeyri-qaz sektorundan vergi daxilolmaları 2017-ci illə müqayisədə 1,8 milyard manat çox olub. 2021-ci illə müqayisədə isə 22,9% artıq icra olunub. Ötən il qeyri-neft sektoru üzrə ÜDM-in nominal artım tempi 21,6% təşkil edib. Vergi daxilolmalarından nominal artım tempi isə 27,9% təşkil edib”.