Ev Dünya FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

41

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.

Belə ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.

Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq

Əvvəlki məqalə“Hatayspor”un məşhur futbolçusu zəlzələdə dağıntılar altında qalıb
Növbəti məqalədəMehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür