Ev Dünya FHN-in xilasediciləri dağıntılar altından 45 nəfəri sağ çıxartdı

FHN-in xilasediciləri dağıntılar altından 45 nəfəri sağ çıxartdı

46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

911.info.az xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqaləÖtən il qeyri-neft sektoru üzrə dövriyyələrin artımı 23% olub
Növbəti məqalədəDərədə gizlədilən 39 kq narkotik aşkar edildi