“Ötən il qeyri-neft sektoru üzrə dövriyyələrdə artım qeydə alınıb”.
Bunu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda konfransda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, qeyri-neft sektoru üzrə dövriyyələrin artımı 22,6%, qeyri-neft sektorunda ƏDV üzrə dövriyyənin həcmində artım 21,7% olub. Eyni zamanda elektron qaimə-faktura üzrə dövriyyənin həcmində də 26% artım müşahidə edilib:
“Ötən il aktiv vergi ödəyicilərinin sayı 7%, aktiv ƏDV ödəyicilərin sayı 15,1%, aktiv obyektlərin sayı 3,2% artıb. Bu ilin yanvar ayına isə 712 min vergi ödəyicisi qeydə alınıb”.
O.Nəzərli bildirib ki, 2019-2022-ci illərdə qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 291 min 435 olub, yəni ümumi əmək müqavilələrində xüsusi çəkisi 47,6% olub. DSMF gəlirlərində büdcədən ayırmalar 2018-2022-ci illər arasında 36%-dən 20%-ə doğru dəyişib, yəni 16% azalma olub”.