Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göndərən azərbaycanlılara təşəkkür edib.
Səfir bununla bağlı “Twittet” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Acınız acımızdır” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun!”