Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Məlumata görə, qarşılaşmanı Portuqaliyadan olan referilər idarə edəcəklər. Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaqlar. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Hyugen Kim Robin (Norveç) olacaq.
Qeyd edək ki, martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.