Ev Manşet FHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub

FHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub

34

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyəyə göndərilən humanitar yardımın həcmi məlum olub.

Humanitar yardımlarla bağlı qardaş ölkəyə FHN tərəfindən 2 mobil səhra hospitalı, 2 630 çadır, 3 xüsusi təyinatlı xilasetmə nəqliyyat vasitəsi, 707 ədəd qızdırıcı, 540 ədəd çarpayı, 5 ədəd böyük gücə malik generator, 724 ədəd ədyal, 724 ədəd ədyal üzü, 20 000 ədəd corab, 8 000 ədəd geyim dəsti, 650 ədəd masa, 2 000 ədəd oturacaq, 7 000 ədəd iplik dəsmal və digər ləvazimat göndərilib.

Əvvəlki məqaləXilasetmə əməliyyatlarında dağıntılar altından 51 nəfər sağ çıxarıldı
Növbəti məqalədəYunanıstanın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək