Ev İdman Qapıçı penaltini dəf etdikdən sonra öldü

Qapıçı penaltini dəf etdikdən sonra öldü

31

Belçikada “Vinkel Sport”un 25 yaşlı qapıçısı Arne Espil “Vestrozebek” klubu ilə oyun zamanı dünyasını dəyişib.

Bu barədə “Het Nieuwsblad” nəşri məlumat yayıb. Bildirilib ki, A. Espil penaltini dəf edib, lakin bundan dərhal sonra özünü pis hiss edib və huşunu itirərək ot örtüyünə yıxılıb, bundan sonra matç dayandırılıb. Qapıçıya meydançada, o cümlədən defibrilatordan istifadə etməklə ilkin tibbi yardım göstərilib. İdmançı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

“Bu, bizim üçün faciə və şokdur. Arne bütün həyatı boyu klubda olub və onu çox sevirdilər. O, əla oğlan idi, həmişə mehriban və yardımsever idi. Bu, həqiqətən ağır zərbədir. İlk növbədə onun ailəsi üçün, həm də hamımız üçün” – “Winkel Sport” klubunun idman direktoru Patrik Rotsart bildirib

Əvvəlki məqaləTürkiyədə liqalarda çıxışını dayandıran komandalara texniki məğlubiyyət veriləcək
Növbəti məqalədəİranlı narkobaronun Azərbaycan üzərindəki planı baş tutmadı