Ev Dünya Xilasetmə əməliyyatlarında dağıntılar altından 51 nəfər sağ çıxarıldı

Xilasetmə əməliyyatlarında dağıntılar altından 51 nəfər sağ çıxarıldı

31

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 518 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqaləİranlı narkobaronun Azərbaycan üzərindəki planı baş tutmadı
Növbəti məqalədəFHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub