Ev Dünya Yunanıstanın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək

Yunanıstanın xarici işlər naziri bu gün Türkiyəyə səfər edəcək

47

Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.

Xarici KİV-in xəbərinə görə, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə Dendias zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.

Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.

Əvvəlki məqaləFHN-in Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi məlum olub
Növbəti məqalədəKürdəmirdə ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt aşkarlanıb