Ev İdman AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb

40

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

Məlumata görə, o, Türkiyədə “Trabzonspor” və İsveçrənin “Bazel” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.

Qeyd edək ki, fevralın 16-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Əvvəlki məqaləİşğaldan azad edilmiş ərazilərdə 42 mina aşkarlanıb
Növbəti məqalədəMinik avtomobilləri Azərbaycandan keçərək Orta Asiyaya aparılır