Ev İdman Dünyanın ən dəyərli 10 gənc futbolçusu açıqlanıb

Dünyanın ən dəyərli 10 gənc futbolçusu açıqlanıb

43

“Oddspedia” statistika şirkəti dünyanın ən dəyərli 10 gənc futbolçusunu açıqlayıb.

20 yaşadək oyunçuların yer aldığı siyahıya Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem başçılıq edir.

İngiltərə millisinin üzvünün transfer qiyməti 110 milyon avroya bərabər göstərilib. İkinci yerdəki futbolçu da Almaniyada çıxış edir. Bu, “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialadır. İspaniya yığmasının və “Barselona”nın yarımmüdafiəçisi Pedri ilk “üçlüy”ü qapayır.

1. Cud Bellingem (İngiltərə / “Borussiya”, Dortmund) – 110 milyon avro

2. Camal Musiala (Almaniya / “Bavariya”) – 100 milyon

3. Qavi (İspaniya / “Barselona”) – 90 milyon

4. Florian Virts (Almaniya, “Bayer”) – 70 milyon

5. Harvi Elliott (İngiltərə / “Liverpul”) – 35 milyon

6. Yussufa Mukoko (Almaniya / “Borussiya”, Dortmund) – 30 milyon

7. Romeo Lavia (Belçika / “Sauthempton”) – 25 milyon

8-10. Endrik Felipe (Braziliya / “Palmeyras”) – 20 milyon

Matis Tel (Fransa / “Bavariya”) – 20 milyon

Benjamin Şeşko (Sloveniya / “Zalsburq”) – 20 milyon

Əvvəlki məqaləSabaha olan hava şəraiti açıqlanıb
Növbəti məqalədəİşğaldan azad edilmiş ərazilərdə 42 mina aşkarlanıb