Ev Dünya FHN-in xilasediciləri dağıntılar altından 613 nəfərin cəsədini çıxarıb

FHN-in xilasediciləri dağıntılar altından 613 nəfərin cəsədini çıxarıb

30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqaləFHN ötən sutka 3 nəfəri xilas edib
Növbəti məqalədəKuryerin avtomobilindən son model telefonlar oğurlandı