Ev Hərbi İşğaldan azad edilmiş ərazilərdə 42 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə 42 mina aşkarlanıb

37

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlanıb.

Bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, fevralın 6-dan fevralın 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 42 mina və 118 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 250 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Əvvəlki məqaləDünyanın ən dəyərli 10 gənc futbolçusu açıqlanıb
Növbəti məqalədəAFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb