Ev Siyasət Türkiyədə zəlzələdən zərər görmüş 10 uşaq Azərbaycana gətirilib

Türkiyədə zəlzələdən zərər görmüş 10 uşaq Azərbaycana gətirilib

111

Bu gün zəlzələdən zərər çəkən 10 uşaq Azərbaycana gətirilib, Elmi-Tədqiqat Pediatriya İnsitutuna yerləşdirilib.

911.info.az APA-ya istinadən  xəbər verir ki, bunu Səhiyyənin Təşkili Şöbəsinin sektor müdiri Aynurə Zeynalova deyib. Onun sözlərinə görə, həmin uşaqlardan 6-sı oğlan, 4-ü qızdır:

“Uşaqlardan ən kiçiyi 8 günlükdür, fevralın 2-də dünyaya gəlib. Ən böyük uşağın 14 yaşı var. Uşaqlar ailələri ilə birlikdə gətirilən kimi palatalara yerləşdirilib və müayinələrə başlanılıb. Eyni zamanda psixoloq və psixiatr da dəvət olunaraq ailələrlə söhbətlər aparıb, müvafiq tövsiyələr verib”.

Əvvəlki məqaləMikayıl Cabbarov biznes kreditləri ilə bağlı paylaşım edib
Növbəti məqalədəSabaha olan hava şəraiti açıqlanıb