Ev Dünya Rusiya Moldovanın ittihamlarına cavab verdi

Rusiya Moldovanın ittihamlarına cavab verdi

31

“Moldova Prezidenti Maya Sandunun Rusiyanın Moldovada sabitliyi pozmaq planlarının mövcudluğu ilə bağlı bəyanatları reallığa uyğun gəlmir, tamamilə əsassızdır və sübutu yoxdur”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun bəyanatı nazirliyin saytında dərc olunub. Zaxarovanın sözlərinə görə, Kiyev bu məlumatı Kişineunu Moskva ilə qarşıdurmaya çəkmək, həmçinin Moldova vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq üçün verib.

“Rusiyanın Moldova Respublikasındakı vəziyyəti qarışdırmaq istəyi ilə bağlı iddiaları qətiyyətlə rədd edirik. Biz Moldovanın və dünyanın digər ölkələrinin daxili işlərinə qarışmırıq. Rusiya Moldova Respublikasının təhlükəsizliyinə təhdid yaratmır. Həmçinin qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır”, – deyə bəyanatda qeyd edilib.

Xatırladaq ki, Maya Sandu Kremlin Moldovada sabitliyin pozulması, hərbi əməliyyatlar və dövlət qurumlarına hücumla bağlı planları barədə məlumatlar əldə etdiyini bildirib.

Əvvəlki məqaləMinik avtomobilləri Azərbaycandan keçərək Orta Asiyaya aparılır
Növbəti məqalədəFHN-in zəlzələ bölgəsindəki qərargahında növbəti toplantı keçirilib