Ev Cəmiyyət Siqaret kötüyü yataqxananın yanmasına səbəb oldu

Siqaret kötüyü yataqxananın yanmasına səbəb oldu

40

Məlumat verildiyi kimi, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində baş vermis yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 18 m² olan birotaqlı mənzilin mətbəxi və eyvanı 12 m² sahədə yanıb, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.

Əvvəlki məqaləAzərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişafı barədə müzakirə aparılıb 
Növbəti məqalədəBakıda yeniyetmə bacılar itkin düşdü