Ev Dünya FHN-in xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

FHN-in xilasediciləri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

66

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Əvvəlki məqaləBakıda yeniyetmə bacılar itkin düşdü
Növbəti məqalədəHökməli sakinindən 2 kq heroin aşkarlanıb