Ev Cəmiyyət Tələbələrimizin cənazələri fevralın 16-sı ölkəyə gətiriləcək

Tələbələrimizin cənazələri fevralın 16-sı ölkəyə gətiriləcək

124

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətiriləcəyi tarix bəlli olub.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

A.Hacızadənin sözlərinə görə, cənazələrin fevralın 16-sı gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub:

“Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün cənazələr əvvəlcə Malatyadan İstanbula aparılacaq. Daha sonra oradan Ankaraya və Azərbaycana gətiriləcək. Fevralın 16-sı gecə 02:00-da gətiriləcəyi nəzərdə tutulur. Amma müəyyən səbəblərdən irəli gələrək gətirilmə və ölkəyə çatma tarixi dəyişə bilər”.

Qeyd edək ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan dünənədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Əvvəlki məqaləAzərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb
Növbəti məqalədə“Barselona” Türkiyə üçün yenidən ianə çağırışı edib