Baykal gölünün akvatoriyasında 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə İrkutsk vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ Moskva vaxtı ilə 05:35-də (Bakı vaxtı ilə 06:35) qeydə alınıb.
Təbiət hadisəsi nəticəsində ölən və xəsarət alan olmayıb.