Ev Dünya FHN-in Kahramanmaraşda olan qüvvələri Hataya yola düşdü

FHN-in Kahramanmaraşda olan qüvvələri Hataya yola düşdü

51

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir.

911.info.az xəbər verir ki, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.

Əvvəlki məqaləSevgilisini hotelin altıncı mərtəbəsindən atdı
Növbəti məqalədəNanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq