Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
911.info.az AQTA-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciət daxil olub.
Müraciət əsasında, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 38.54 ton müxtəlif növ qida məhsulu, “AZ FP CO LTD” MMC-yə məxsus 68 adda 10.275 ton müxtəlif növ süd və süd məhsulu, 5 adda 15.52 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.