Ev Hərbi Müdafiə Nazirliyi media nümayəndələri ilə görüş keçirib

Müdafiə Nazirliyi media nümayəndələri ilə görüş keçirib

46

Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti və hərbi vətənpərvərlik mövzularını işıqlandıran bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri ilə keçirilən görüşdə müasir dövrdə hərbi xidmətin təbliği, gənclərin hərbi mövzuda maarifləndirilməsi və vətənpərvər ruhda tərbiyə edilməsində medianın rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.Görüş zamanı media subyektləri ilə işin daha səmərəli təşkili, hərbi vətənpərvərliyin təbliğatında yeni forma və metodların tətbiqi, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, eləcə də 2023-cü ildə birgə fəaliyyət planı barədə müzakirələr edilib.

Görüşdə həmçinin media subyektlərindən daxil olan müraciətlərin icra mexanizmi, hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.

Əvvəlki məqaləSabaha olan hava şəraiti açıqlanıb
Növbəti məqalədəFHN-in Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 167-si azyaşlı olmaqla 930 nəfərə tibbi xidmət göstərilib