Ev Dünya Zəlzələlərdən sonra axtarış-xilasetmə əməliyyatları zamanı 114 min insan xilas edilib

Zəlzələlərdən sonra axtarış-xilasetmə əməliyyatları zamanı 114 min insan xilas edilib

125

Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra axtarış-xilasetmə əməliyyatları zamanı 114 mindən çox insan xilas edilib.

Bunu bazar ertəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatay vilayətinə səfəri zamanı deyib. “Dağıntıların təmizlənməsi işləri başa çatmaq üzrədir. Artıq 114 834 nəfər xilas edilib”, – deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, indiyədək 21 minə yaxın binanın dağıntıları təmizlənib.

Əvvəlki məqaləElektron qaydada qeydiyyata alınan kommersiya qurumlarının sayı açıqlandı
Növbəti məqalədəSabaha olan hava şəraiti açıqlanıb