Ev İqtisadiyyat Azərbaycanın elektroenergetika sektorunda icazə əsasında həyata keçiriləcək işlər açıqlanıb

Azərbaycanın elektroenergetika sektorunda icazə əsasında həyata keçiriləcək işlər açıqlanıb

41

Azərbaycanda elektroenergetika sektorunda hansı işlərin icazə əsasında həyata keçirilməsi və həmin icazələrin verilmə şərtləri açıqlanıb.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, elektroenergeteika sektorunda su elektrik stansiyası və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı, elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin paylanması, 150 kilovatdan yuxarı elekrik qurğularının istismarı, elektrik enerjisinin idxalı və ixracı bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq verilən icazələr əsasında həyata keçirilir.

Əvvəlki məqaləMahir Emreli “Konyaspor”da
Növbəti məqalədəAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub