Ev İdman Mahir Emreli “Konyaspor”da

Mahir Emreli “Konyaspor”da

39

Millimizin futbolçusu Mahir Emrelinin yeni komandası “Konyaspor” “Fənərbaxça” ilə 14-cü turdan təxirə salınan matçın hazırlıqlarını bir günlük fasilədən sonra yenidən bərpa edib.

911.info.az Qol.az-a istinadən xəbər verir ki, M.Emreli də məşq də iştirak edib. 

Qeyd edək ki, sabah “Konyaspor” Türkiyə 2-ci liqa təmsilçisi “Ayfonspor”la yoxlama oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 

Fevralın 25-də isə “Konyaspor” “Fənərbaxça” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Konyaspor” Mahir Emrelini bu mövsümün sonunadək “Dinamo”dan (Zaqreb) icarəyə götürüb.

Əvvəlki məqaləCeyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Növbəti məqalədəAzərbaycanın elektroenergetika sektorunda icazə əsasında həyata keçiriləcək işlər açıqlanıb