Ev Cəmiyyət Paytaxtda “Makarov”la gəzən şəxs saxlanıldı

Paytaxtda “Makarov”la gəzən şəxs saxlanıldı

146

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

911.info.az xəbər verir ki, keçirilən tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əvvəlki məqaləDünya bazarında Azərbaycan neftinin qiyməti necə dəyişdi?
Növbəti məqalədəÇempionlar Liqası 1/8 final mərhələsində iki oyun keçirəcək