Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.
Ramiz Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub. Bu günə qədər çoxsaylı rolların ifaçısı olan aktyor teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.










