Sabirabad sakini öz avtomobilini yandırıb.
911.info.az xəbər verir ki, taksi sürücüsünün bu hərəkəti sosial şəbəkədə müzakirələrə səbəb olub.
Yayılan görüntülərdə kişinin əlindəki yanacağı “Mercedes-Benz” markalı avtomobilinin üzərinə tökməsi və yandırması əks olunub.
İlkin məlumata görə, digər taksi sürücüləri onun fəaliyyətinə mane olduğu üçün bu addımı atıb.