Ev Dünya Braziliyada leysan yağışlar zamanı ölənlərin sayı 46-ya çatdı

Braziliyada leysan yağışlar zamanı ölənlərin sayı 46-ya çatdı

50

Braziliyanın San-Paulu əyalətində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 46-ya çatıb.

Əyalət rəsmilərinin açıqlamalarına görə, leysan nəticəsində vəziyyət daha da ağırlaşıb. Təbii fəlakətdə indiyədək 46 nəfərin həyatını itirdiyi, 40 nəfərin isə itkin düşdüyü qeyd olunur. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir. Xəstəxanalarda müalicəsi davam etdirilən şəxslərdən yeddisinin vəziyyəti ağırdır.

Leysan xarakterli yağışların davam edəcəyi bildirilir və vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Əvvəlki məqaləMessinin rekordunu hansı futbolçu təkrarladı?
Növbəti məqalədəBu gün UEFA Çempionlar Liqasının ilk oyununa yekun vurulacaq