Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulacaq.
Məlumata görə, son oyun günündə də iki qarşılaşma baş tutacaq. Turnirin favoritlərindən İngiltərənin “Mançester Siti” klubu Almaniyada “Leypziq”in qonağı olacaq. Görüşü Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyük idarə edəcək. Digər oyun isə İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçiriləcək. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.