Ev İqtisadiyyat Laçında Həkəri çayına qızılxallı farel balıqları buraxılıb

Laçında Həkəri çayına qızılxallı farel balıqları buraxılıb

111

Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına 1 500 ədəd Azərbaycanın “Qırmızı kitab” növü olan qızılxallı forel balıqları buraxılıb.

“Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupun üzvlərinin və media nümayəndələrinin iştirakı ilə baş tutub.

Həmçinin Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Bərgüşad və Köndələnçay çaylarına 408 min, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin reintroduksiyası ilə bağlı dayanıqlı populiyasiyasının öyrənilməsi məqsədilə həmin ərazilərdə monitorinqlər keçirilir.

Əvvəlki məqaləBaş nazir icbari şəxsi sığorta ödənişi ilə bağlı üç qərar imzaladı
Növbəti məqalədəMessinin rekordunu hansı futbolçu təkrarladı?