Ev İdman Messinin rekordunu hansı futbolçu təkrarladı?

Messinin rekordunu hansı futbolçu təkrarladı?

47

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messinin rekordunu təkrarlayıb.

Məlumata görə, 36 yaşlı hücumçu buna İngiltərədə “Liverpul”a 5:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub. Görüşdə dubl edən fransalı forvard ardıcıl 18-ci mövsümdə avrokuboklarda fərqlənib. Daha əvvəl bunu yalnız Argentina yığmasının üzvü Lionel Messi edib. Hər iki oyunçu 2005/2006 mövsümündən Çempionlar Liqasında qol vurub.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı martın 15-də İspaniyada olacaq.

Əvvəlki məqaləLaçında Həkəri çayına qızılxallı farel balıqları buraxılıb
Növbəti məqalədəBraziliyada leysan yağışlar zamanı ölənlərin sayı 46-ya çatdı