“Qalatasaray” Fernando Musleranın yerinə qapıçı axtarışlarını davam etdirir. İstanbul klubunun əsas qolkiper hədəfi bəlli olub.
“Sarı-qırmızılılar” İtaliya A Seriyası təmsilçisi “Verona”nın qolkiperi Lorenso Montipoya elçi düşüblər.
“Qalatasaray”ın yaxın zamanda 27 yaşlı qapıçı üçün danışıqlara başlayacağı bildirilir. İngiltərənin “Bornmut” klubu da Montiponun xidmətində maraqlıdır. İtalyan qolkiper bu mövsüm “Verona”da 23 oyun keçirib və 34 qol buraxıb.
O, üç matçda qapısını toxunulmaz saxlaya bilib