Ev Dünya Yeni Zelandiyadan Rusiyaya yeni sanksiyalar paketi

Yeni Zelandiyadan Rusiyaya yeni sanksiyalar paketi

30

Yeni Zelandiya hökuməti rusiyalı siyasətçilərə, hərbçilərə və sahibkarlara qarşı yeni sanksiyalar elan edib.

Bu barədə ölkənin xarici işlər naziri Nanaya Mahuta məlumat verib:

“Bu gün biz Rusiyanın hərəkətlərinin qınandığını nümayiş etdirmək üçün ona qarşı ən böyük sanksiyalar paketini elan edirik. 87 Rusiya vətəndaşına – Prezident Vladimir Putinə yaxın siyasi xadimlərə qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq olunacaq”.

Nazir bildirib ki, yeni sanksiya siyahısına həm də Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvləri, münaqişədə fəal rol oynayan hərbi qulluqçular və hərbi birləşmələrin komandirləri, habelə onların ailə üzvləri də daxildirlər.

“Rusiyanın işğalına cavab olaraq Yeni Zelandiyanın Ukraynaya dəstəyi və gördüyü tədbirlərin miqyası misilsizdir, çünki Rusiya Federasiyasının hərəkətləri bütün dünyanın və ölkəmizin təhlükəsizliyinə və iqtisadi sabitliyinə təsir göstərir”, – deyə o vurğulayıb.

Əvvəlki məqaləAzərbaycan Ordusunun tank heyətləri müxtəlif çalışmalar yerinə yetirib
Növbəti məqalədəSəhiyyə Nazirliyi: 2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır