Hava şəraitinin qarlı keçməsi ilə əlaqədar yol-nəqliyyat hadisələrini minimum endirmək üçün bir sıra tədbirlər görülür.
Belə ki, paytaxtın bəzi yollarında sürət həddi endirilib.
Bu barədə 911.info.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
Mərkəzin məlumatına əsasən, Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.