Ev İdman “Barselona”nın gənc ulduzu zədələndi

“Barselona”nın gənc ulduzu zədələndi

28

Barselona”nın futbolçusu Ansu Fati yenidən zədələnib.

Kataloniya klubunun mətbuat xidməti onun məşq zamanı dizindən xəsarət aldığını açıqlayıb. 20 yaşlı vingerin hansı müddətə yaşıl meydanlardan kənar qalacağı ətraflı müayinələrdən sonra dəqiqləşəcək. Fati bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, altı qol, üç ötürmə ilə yadda qalıb.

Gənc oyunçu tez-tez zədələnməsi ilə diqqət çəkir. O, bu səbəbdən ötən mövsümün böyük hissəsini kənardan izləməli olub.

Əvvəlki məqaləPrezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir 
Növbəti məqalədəAzərbaycanlı karateçi BƏƏ-də qızıl medal qazandı