Ev İdman 19 yaşlı qapıçı dünyasını dəyişdi

19 yaşlı qapıçı dünyasını dəyişdi

41

Yekaterinburqun “Ural” futbol klubunun gənclərdən ibarət komandasının qapıçısı David Alekseyev 19 yaşında vəfat edib.

Bu barədə şənbə günü klubun mətbuat xidməti məlumat yayıb. Ölüm səbəbləri barədə məlumat verilməyib.

“Bütün klubumuz bu faciəli hadisəyə görə kədərlənir. Davidin bütün dostlarına və qohumlarına başsağlığı veririk”, – məlumatda deyilir.

Alekseyev “Ural”ın gənclər və əvəzedici komandalarında oynayıb. 2021-ci ildə qapıçı əsas komanda ilə təlim-məşq toplanışında olub və yoldaşlıq görüşlərində iştirak edib.

Əvvəlki məqaləİqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər
Növbəti məqalədəAzərbaycan Ordusunda Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib