Ev Cəmiyyət Bəzi avtomobil yollarında məhdudiyyət tətbiq olunacaq

Bəzi avtomobil yollarında məhdudiyyət tətbiq olunacaq

45

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Fevralın 27-də ölkə ərazisində dumalı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı, şaxtalı hava şəraiti ilə əlaqədar isə gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Qeyd edək ki, sabah ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Əvvəlki məqaləBinəli Yıldırım Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib
Növbəti məqalədəİqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər