Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 31-ci ildönümüdür.
İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri, Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.Azərbaycan xalqı bu qanlı hadisəni heç vaxt unutmayacaq.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.