Martın 3-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
911.info.az Beynəlxalq Cüdo Federasiyasına istinadən xəbər verir ki, üç gün davam edəcək yarışda milli komandanın 6 üzvü 3 çəki dərəcəsi üzrə qüvvəsini sınayacaq.
Yarışda Rövşən Əliyev və Əhməd Yusifov 60 kq, Kamran Süleymanovla Ruslan Paşayev 66 kq, Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev isə 73 kq çəki dərəcəsində mübarizə aparacaqlar.