Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı keçirilir.
Nazirlər jurnalistlərin suallarını cavablandırırlar. Qeyd edək ki, Sergey Lavrov fevralın 27-də Bakıya gəlib. O, Prezident İlham Əliyevlə görüşüb.
Fevralın 28-də Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.