Ev İdman De Byazi ən yaxşı olaraq Messini seçdi

De Byazi ən yaxşı olaraq Messini seçdi

37

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və yığmanın kapitanı Emin Mahmudovun FIFA-nın “The Best” mükafatı üçün kimlərə səs verdikləri bəlli olub.

Məlumata görə, italyan çalışdırıcı Lionel Messini ən yaxşı hesab edib. O, 2-ci yerə Kilian Mbappeni layiq görüb. De Byazinin fikrincə, keçən ilin ən yaxşı üçüncü oyunçusu Kərim Benzema olub.

Çalışdırıcı ilin ən yaxşı baş məşqçisi nominasiyasında üstünlüyü həmyerlisi Karlo Ançelottiyə (“Real”) verib. Onun fikrincə, Lionel Skaloni (Argentina) 2-ci, Valid Reqragi (Mərakeş) 3-cü yerə layiq olub. Emin Mahmudov isə Kərim Benzemanı ən yaxşı seçib. O, Kilian Mbappeni 2-ci, Lionel Messini 3-cü hesab edib. Məşqçi seçimində isə Mahmudovla De Byazinin ilk iki seçimi üst-üstə düşüb.

Sadəcə, o, 3-cü yerə “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanı layiq bilib. Səsvermənin yekununda Lionel Messi ilin oyunçusu, Lionel Skaloni isə ilin ən yaxşı baş məşqçisi seçilib.

Əvvəlki məqaləAli məktəb və kolleclərə sənəd qəbulu başlayıb
Növbəti məqalədəSitrus tristeza virusu bitki sağlamlığı üçün təhlükəlidir?