Ev İqtisadiyyat Orxan Məmmədov aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələləri açıqlayıb

Orxan Məmmədov aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən məsələləri açıqlayıb

38

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi və bazarlara çıxış aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Azərbaycan Aqrobiznes Forumunda çıxışı zamanı deyib.

“Heç şübhəsiz ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti və Azərbaycan Ordusunun rəşadəti nəticəsində işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı və kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradır.

Dövlət-özəl əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcəkdir”, – deyə O.Məmmədov bildirib.

Əvvəlki məqaləİran hava qüvvələrinin genişmiqyaslı təlimi başlayıb
Növbəti məqalədəDYP əhaliyə müraciət etdi