Ev İqtisadiyyat Sitrus tristeza virusu bitki sağlamlığı üçün təhlükəlidir?

Sitrus tristeza virusu bitki sağlamlığı üçün təhlükəlidir?

44

Best Supply Company” MMC-nin 2023-cü il 21 fevral tarixində İran İslam Respublikasından idxal etdiyi 19 400 kiloqram portağal məhsuluna Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm – Sitrus tristeza virusu (Citrus tristeza virus) aşkarlanıb.

Analoji hallar son aylarda İrandan ölkəmizə idxal edilən bir sıra bitkiçilik məhsullarında da aşkarlanıb. Aşkar olunmuş bütün hallarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

Zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyası Sumqayıt Şəhər Poliqonunda məhv edilib. Bu istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilib və zəruri tədbirlər həyata keçirilməkdədir.

Qeyd edək ki, Sitrus tristeza virusu fitosanitar baxımından karantin statusuna görə böyük risk daşıyır və respublika ərazisində aşkar edilməyən karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına (A1) daxildir.

Virusun əsas sahib bitkiləri sitrus bitkiləridir (naringi, portağal, limon, qreypfrut, laym və s.). Sözügedən virus sitrus bitkilərinin karantin tətbiq edilən təhlükəli virusu olmaqla bu bitkilərdə əhəmiyyətli iqtisadi itkilərə səbəb olur. Sitrus tristeza virusu Asiya mənşəli olub, sitrus bitkiləri becərilən əksər ölkələrdə yayılıb.

Əvvəlki məqaləDe Byazi ən yaxşı olaraq Messini seçdi
Növbəti məqalədəNovruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti